Haqqında:

İnsan Resurslarının idarə edilməsi sahəsinin müxtəlif funksiyalarında peşəkar təcrübəyə malikdir. Türkiyədə bu sahə üzrə magistratura təhsili alan və Sabancı Holdinqdə karyera inkişaf şöbəsində İnsan Resurslarına addım atan təlimçimiz növbəylə Azersun Holdinq, Texnikabank, Dəmirbank və Gilan Holdinqdə rəhbər vəzifələrdə çalışmışdır. Əmək münasibətləri və kadr uçotu, insan resurslarının planlaması, karyeranın idarə olunması sistemi, performans qiymətləndirmə layihəsi, mükafatlandırma siyasəti və motivasiya tədbirlərinin tətbiqi, iş və fəaliyyətin qiymətləndirilməsi sistemlərinin qurulması kimi əsas İR funksiyalarında biləvasitə iştirak etmiş və eyni zamanda rəhbərlik etmişdir. Analitik və maliyyə bacarıqları ilə fərqlənən təlimçimiz Strateji İR Partnyorlardan biridir. Hal-hazırda Saf Pharmacy & Marketing şirkətinin İnsan Resursları departamentinin rəhbəri vəzifəsində çalışır.

2014/16-cı illərdə keçdiyi təlimlərdə İnsan Resursları funksiyaları üzrə mütəxəssislərin hazırlanmasında öz töhvəsini vermişdir.