Haqqında:

Əmək hüququ, miqrasiya hüququ, mülki hüquq sahələrində 10 ildən artıq peşəkar təcrübəyə malikdir. Hüquqşünaslıq ixtisası üzrə doktorantura təhsili almış və bir sıra hüquq şirkətlərində hüquqşünas kimi çalışmışdır.

İşlədiyi müddət ərzində yerli şirkətlərə və xarici şirkətlərin Azərbaycan Respublikasındakı filiallarına əmək qanunvericiliyi, miqrasiya qanunvericiliyi, mülki hüququn müvafiq sahələri üzrə məsləhət xidmətləri göstərilməsində, müxtəlif şirkətlərin sorğusu üzrə əmək qanunvericiliyi əsasında yoxlamaların aparılmasında, neft və qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərə İnsan Resursları xidmətlərinin göstərilməsində iştirak etmişdir.

Hal-hazırda Nexia International şirkətlər qrupuna aid olan “Nexia EA” şirkətində hüquq departamentinin meneceri vəzifəsini icra etməkdədir.