Haqqında:

Elşad Nəsiroğlu 15 ilə yaxın müxtəlif sahələr üzrə (İT, marketinq, maliyyə və mühasibatlıq) iş təcrübəsinə malikdir. Bu müddət ərzində bir çox şirkətlərdə (Mingəçevir telekomunikasiyası, Hertel IS, Veysəloğlu şirkətlər qrupu və Karmen MMC) müxtəlif vəzifələrdə çalışmaqla biznesin müxtəlif sahələri üzrə peşəkar praktiki biliklərə yiyələnmişdir. Praktiki biliklərlə bərabər Elşad Nəsiroğlu maliyyə və mühasibat uçotu üzrə nəzəri biliklərini aşağıdakı istiqamətlər üzrə təkmilləşdirmiş və ACCA üzrə əksər sertifikatlara sahiblənmişdir. - Maliyyə Analizi və proqnozlaşdırma (Financial Analysis & Forecasting) - Büdcə və hesabat (Budgeting and Reporting) - Risk və Portfelin İdarəedilməsi (Risk & Portfolio Management) - Proses və sistemlərin təkmilləşdirilməsi (Process & Systems improvement) - Araşdırma və məlumatların təhlili (Research & Data Analysis) - İşgüzar əlaqələrin idarə edilməsi (Business Relationship Management) - Yaradıcı düşüncə və problemlərin həlli (Creative Thinking & Problem Solving) və.s. Yüksək analitik biliklərə malik təlimçimiz data analitikası üzrə bir çox proqramların peşəkar səviyyədə istifadəçisidir. Hal-hazırda Karmen MMC-nin Maliyyə direktoru vəzifəsində çalışır.