Haqqında:

Təhsili: Anar Əli beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, MBA proqramı, marketinq ixtisası üzrə magistr dərəcəsi alıb. Eyni zamanda öz peşəkar bacarıqlarını inkişaf etdirmək üçün daim öz üzərində çalışmaqla bir sıra təlim və seminarlarda iştirak edib.

İş təcrübəsi - uzun müddətdir bank sektorunda çalışır. Bu illər ərzində filialların idarə olunması və satış, biznesin inkişafı və marketinq, hesablaşmalar və əməliyyat departamentlərində çalışıb. Hazırda Azərbaycan banklarının birində nağdsız əməliyyatlar departamentində çalışır. Real bank təcrübəsini paylaşmağı və öyrətməyi işinin bir hissəsi bilir.