Haqqında:

Vüsal Rzayev mühasibat uçotu üzrə müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərdə çalışmaqla peşəkar təcrübəyə sahiblənmişdir. İstehsal, tikinti-quraşdırma, ticarət, xidmət sahələrində sərbəst uçotun təşkili və avtomatlaşdırılması istiqamətində bir çox şirkətlərdə (“Akond-1” QSC, “Qrafik Ko LTD" MMM, “Global Trading Company” MMC, “Azərbaycan Kredit Bürosu” MMC və.s.) müxtəlif vəzifələri icra etmişdir. Mühasib, baş mühasibin müavini, baş mühasib və maliyyə meneceri kimi vəzifələri tutmuşdur. Hal-hazırda “Azərbaycan Kredit Bürosu” MMC-də maliyyə meneceri vəzifəsində çalışır. İstehsal mühasibatlığı üzrə peşəkar təcrübəsi ilə bərabər uzun müddətdir ki, bu sahə üzrə praktiki təlimlər verir. Vüsal Rzayev həmçinin ACCA F1-F4, F6 Taxation və F7 Financial Reporting (FR) beynəlxalq sertifikatlarına malikdir.