Haqqında:

Hal-hazırda “Bakı Telefon Rabitəsi” MMC-nin Satınalmaların Təşkili şöbəsinin müdiri vəzifəsində çalışır.

10 ildən artıq iş təcrübəsinə malik təlimçimiz bir çox şirkət və dövlət qurumlarında (Bakı Şəhəri İcra Hakimiyyəti, “Business Service Centre” MMC, “S.COM” MMC, “Bakı Telefon Rabitəsi” MMC) mühasibatlıq, maliyyə, kadrlar və təchizat şöbələrində müxtəlif vəzifələrdə çalışmışdır.

Mütəmadi olaraq öz üzərində çalışan, bir çox yerli və xarici təlimlərdə iştirak etmiş təlimçimiz əsasən dövlət satınalmaları, eləcə də tenderlərin təşkili və tenderlərdə iştirak qaydaları üzrə daha professional satınalma mütəxəssislərinin yetişdirilməsi istiqamətində təlim mərkəzimizdə təlimlər və seminarlar verməkdədir