Haqqında:

Anar Abbasov İnzibati idarəetmə, Logistika, Satınalma, Turizm sahələrində olmaqla 5 ildən artıq peşəkar təcrübəyə sahibdir. Mətanət A şirkətlər qrupu, Avropa Azərbaycan Məktəbi, İnci MMC, BEGOC şirkətlərində mütəxəssis olaraq işləmişdir. Təbiət turizmi sahəsində fəaliyyət göstərən Nukha Travel şirkətinin təsisçisi və direktorudur. Uzun müddətdir ki, Biznes İngilis dili sahəsində təlimlər verir. Anar Abbasov 1 il ABŞ-da orta təhsilini almaqla bərabər, Azərbaycan Dövlət İqtisad Universitetində Kibernetika sahəsində bakalavr dərəcəsini, Xəzər Universitetində MBA proqramı ilə birinci magistratura təhsilini və ADA Universitetində Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə ikinci magistratura təhsilini almışdır.