Maliyyə xidmətləri
Müəssisə maliyyəsinin idarə edilməsi müəssisənin qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün zəruri olan maliyyə metodlarının işlənib hazırlanmasını nəzərdə tutur, hansı ki, bunlar onun maliyyə vəziyyətinin dayanıqlı və möhkəm olması üçün təminat yaradır. Maliyyə menecmenti eyni zamanda daha düzgün maliyyə qərarlarının qəbulu üçün konkret maliyyə meyarlarının işlənib hazırlanması və seçilməsini, habelə müəssisənin fəaliyyətinin mövcud vəziyyəti uçota alınmaqla həmin meyarların praktiki olaraq istifadə olunmasını özünə daxil edir. Müəssisə maliyyəsinin idarə edilməsi üçün ilkin baza kimi onun faktiki maliyyə vəziyyəti çıxış edir. Bu, müəssisənin maliyyə resursları və əmlakının idarə edilməsinin nə dərəcədə səmərəli olduğu, maliyyələşdirmə mənbələrinin xüsusi və cəlb olunmuş vəsaitlərin payına düşməsinin hansı səviyyədə təşkil olunduğu, satışın rentabelliyinin, aktivlərin dövretməsi və istehsal potensialından necə istifadə olunduğu kimi suallara cavab verməyə imkan yaradır. Maliyyə menecmenti hər bir təsərrüfat fəaliyyətində yaranmış maliyyə vəziyyətinin qiymətləndirilməsinə çoxvariantlı yanaşmanı nəzərdə tutur. Ekstremal şəraitdə maliyyə məsələlərinin idarə edilməsi modelinin işlənib hazırlanması, maliyyə risklərinin dərəcələrinin hesablanmasının, alınan nəticələrin düzgünlüyünün qiymətləndirilməsi və konkret idarəetmə qərarlarının qəbul edilməsində maliyyə menecmentinin xüsusi əhəmiyyəti vardır. Yuxarıda qeyd olunanlara əsaslanaraq Your Finance MMC maliyyə aktivlərinin idarə olunması, büdcənin planlaşdırılması və icrası, audit, mühasibatlıq və idarəetmə hesabatları, daşınmaz əmlakın idarə olunması, əmək və maliyyə resurslarından qənaətli istifadə olunması və sığorta kimi istiqamətlərdə Sizə öz xidmətlərini təklif edir.
Maliyyə hesabatlarının hazırlanması – (beynəlxalq maliyyə və mühasibat uçotu standartları üzrə)
- Maliyyə vəziyyəti haqqında hesabat - Mühаsibat balansı
- Mənfəət və zərər hаqqındа hеsаbаt
- Kаpitalda dəyişikliklər hаqqındа hеsаbаt
- Pul vəsaitlərinin hərəkəti hаqqında hesаbаt
Uçоt siyаsəti və izahlı qeydlərin hazırlanması
Müəssisənin maliyyə fəaliyyətinin qiymətləndirilməsi üzrə analizlərin əsasında:
- xərclərin minimallaşdırılması
- bazar sektorunun genişləndirilməsi
- müflisləşmənin qarşısının alınması
- risklərin minimallaşdırılması
- mənfəətin maksimallaşdırılması üzrə yolların axtarılması
Daxili nəzarət sisteminin qiymətləndirilməsi
Maliyyə fəaliyyəti üzrə hər növ konsultasiya xidmətləri