Mühasibat uçotu xidmətləri

  Hər bir təsərrüfat subyektinin fəaliyyətini hərtərəfli öyrənmək və ondan əldə edilən nəticələri ictimai, sosial, iqtisadi və digər istiqamətdə araşdırmaq, araşdırılan məsələlərə dair əsaslandırılmış qərarlar çıxarmaq üçün mühasibat uçotunun məlumatlarından istifadə edilir. Məhz bu baxımdan mühasibat uçotu şirkətin əmlakını, öhdəliklərini, kapitalını, dövriyyə vəsaitlərini və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini tam, dəqiq və ardıcıl şəkildə əks etdirməlidir ki, verilən qərarlar düzgün və adekvat olsun. Ümumiyyətlə mühasibat uçotu şirkətin fəaliyyətinin ən önəmli hissəsi olmaqla yanaşı, qanunvericiliklə də tələb olunan bir sahədir. Belə ki, mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanununda mühasibat uçotunun məcburiliyi ilə əlaqədar aşağıdakılar qeyd edilir.


Maddə 3. Mühasibat uçotunun məcburiliyi

3.1. Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir

3.2. Mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmə yaradılmaqla və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə mühasibat uçotu xidmətinin göstərilməsi təşkil edilir. Mikro və kiçik sahibkarlıq subyektlərinin rəhbərləri və fərdi sahibkarların şəxsən özləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş mikro və kiçik sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına uyğun olaraq mühasibat uçotunu aparmaq hüququna malikdirlər.

Bütün bu qeyd olunanları nəzərə alaraq biz Sizə mühasibat uçotu üzrə aşağıdakı xidmətləri təklif edirik.

• Mühasibat uçotunun qurulması, idarə edilməsi və optimallaşdırılması

• Əsas vəsaitlərin, mal-materialların və digər maddi aktivlərin uçotu və inventarizasiyası

• Debitor və kreditorlarla hesablaşmalar, onların analizi və inventarizasiyası

• Bank, kassa və pos - terminal əməliyyatlarının uçotu

• Nəzarətsiz qalmış dövr üzrə mühasibat uçotunun bərpası

• Uçotun avtomatlaşdırılması (proqram təminatları (1C ,Unity 2 (logo) və digər))

• Mühasibat uçotunun aparılması üzrə hər növ konsultasiya xidmətləri